Asiya Parlament Assambleyasının iqtisadiyyat və dayanıqlı inkişaf üzrə yeddi qətnaməsinin layihəsi təsdiqləndi
20 Fevral 10:13 DünyaAsiya Parlament Asambleyasının İqtisadiyyat və Dayanıqlı İnkişaf üzrə Daimi Komitəsinin Bakıda keçirilən iclasında bir sıra qətnamələrin layihələri təsdiqlənib.
Olaylar.az xəbər verir ki, xüsusi olaraq, aşağıdakı sənədlər qəbul olunub:
1. Asiya Enerji Bazarının yaradılması üzrə qətnamənin layihəsi
2. Ekoloji Məsələlər üzrə qətnamənin layihəsi
3. Maliyyə Məsələləri üzrə qətnamənin layihəsi: iqtisadi artım üzrə səylərin təmin olunması
4. Yoxsulluğun aradan qaldırılması üzrə qətnamənin layihəsi
5. "Dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə dəstəyin göstərilməsində Asiya-Sakit Okean ölkələri parlamentlərinin rolu" qətnaməsinin layihəsi
6. "Asiyada hər kəs üçün su təchizatı və sanitariya" qətnaməsinin layihəsi
7. "İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşməsi üzrə Asiya təşəbbüsü" qətnaməsinin layihəsi
Qeyd edək ki, APA-nın 15-ci plenar sessiyasında 35 nümayəndə heyəti, o cümlədən, təxminən 280 nümayəndə iştirak edir, bir sıra vacib sualların müzakirəsi nəzərdə tutulur.
APA Asiya ölkələri parlamentlərini birləşdirən parlament diplomatiyasının önəmli platformalarından hesab olunur.