Rusiyaya qaçan Əsma Əsəd ilk dəfə DANIŞDI

Baas rejiminin devrilməsi ilə Rusiyaya qaçan Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd uzun müddətdən sonra səssizliyini pozub.

Olaylar.az xəbər verir ki, Əsma Əsəd "X" hesabında Suriyada yeni nizamın yaradılması ilə bağlı açıqlama verib.

"Uzun sükutdan sonra yenidən başlamağın vaxtıdır. Həyat bizi heç vaxt planlaşdırmadığımız yollara aparır, bizə öyrədir, dəyişdirir və heç vaxt təsəvvür etmədiyimiz qapıları açır. Bu proseslər məni dəyişdirdi", - deyə o yazıb.

Əsma Əsəd Suriyanın gələcəyi ilə bağlı ümidlərini ifadə edib: "Suriya bizim üçün hər zaman ən gözəl hekayə olaraq qalacaq. Suriya bütün gözəlliyi və köklü tarixi ilə qəlbimizdə yaşamağa davam edəcək". /Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31