Kreml: Zelenski gec-tez münaqişənin həlli ilə bağlı mövqeyini açıqlayacaq – ÖZƏL

Kreml ümid edir ki, Ukrayna Prezidenti Volodimir Zelenski gec-tez münaqişənin həlli ilə bağlı öz mövqeyini açıqlayacaq.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bəyan edib.

"Həm Rusiya, həm də ABŞ tərəfindən müvafiq siyasi iradə nümayiş etdirilib. İndi görək Kiyev rejiminin siyasi iradəsi nə dərəcədə mövcuddur, çünki çox şey bundan asılıdır. Hazırda Zelenskinin kifayət qədər ziddiyyətli bəyanatlar verdiyini görürük. Lakin yəqin ki, gec-tez o, öz mövqeyini bildirəcək," - deyə Peskov jurnalistlərə açıqlamasında bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31