ABŞ-ın Ukrayna nümayəndəsi Kiyev səfərinə başlayıb – ÖZƏL
19 Fevral 2025 13:05 DünyaABŞ-ın Ukrayna nümayəndəsi Kit Kelloq Kiyevə gəlib.
Olaylar.az xəbər verir ki, bu barədə Ukraynanın "Obshchestvennoye" nəşri məlumat yayıb.
Ukrayna Prezidenti Vladimir Zelenski daha əvvəl Kelloqun Kiyevdə fevralın 22-dək qalacağını açıqlamışdı. Onun Zelenski, müdafiə naziri Rustem Umerov, Silahlı Qüvvələrin baş komandanı Aleksandr Sırski və ehtimal ki, Hərbi Kəşfiyyat Xidmətinin rəhbəri Kirill Budanovla görüşlər keçirməsi gözlənilir.
Kelloqun Kiyev səfəri Vaşinqton və Kiyev arasında mineral resurslarla bağlı razılaşmanın imzalanmamasından, fevralın 19-da Rusiyanın və ABŞ-ın Riyadda apardığı danışıqlardan, eləcə də ABŞ-ın keçmiş prezidenti Donald Trampın Zelenskini tənqid etməsindən sonra baş tutur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31