Zelenski Trampı “həqiqətən qəzəbləndirib” - ÖZƏL

ABŞ prezidenti Donald Trampın Volodymyr Zelenskiyə həqiqətən qəzəbli olduğu görünür. 

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün VKontakte səhifəsində yazıb .

Rusiyalı siyasətçinin fikrincə, Zelenskinin hərəkətlərindən sonra ABŞ-dan məhz bu gözlənilməli idi. Təhlükəsizlik Şurası sədrinin müavini qeyd edib ki, Tramp Zelenskinin legitim olmamasından bəhs edir və həmçinin Amerikanın Ukraynaya xərclədiyi pullarla bağlı hesabat tələb edir .

"Cəbhədəki problemlər və çətin daxili vəziyyətlə yanaşı, görünür, onun əsas himayədarı ona həqiqətən qəzəblənib", - Medvedev öz bloqunda yazıb və vəziyyətin Zelenski üçün "xoşagəlməz" olduğunu qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31