“ABŞ şirkətlərinin Rusiya bazarına qayıtması çətin olacaq”– ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Birbaşa İnvestisiyalar Fondu (RFPI) rəhbəri Kiril Dmitriev, bir sıra Amerika şirkətlərinin Rusiya bazarına 2025-ci ilin ikinci rübündə qayıtmasının gözlənildiyini bildirib.

Dmitriev qeyd edib ki, Amerikanın şirkətləri üçün qayıtma prosesi asan olmayacaq, çünki bir çox bazar seqmentləri artıq doludur. O, əlavə edib ki, ABŞ biznesi Rusiya bazarını tərk etməklə 324 milyard dollar itirib, bunun 123 milyard dolları IT və media sektoruna aid olub.

Daha əvvəl Dmitriev, The New York Times-la müsahibəsində, ABŞ şirkətlərinin Rusiya bazarına qayıtmaq istəyəcəyini bildirmişdi, çünki burada uğurlu iş aparmışdılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31