Donald Tramp: "Ukrayna danışıqlar masasında olmaq istəyirsə, seçkilər keçirməlidir" – ÖZƏL

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Ukrayna Rusiya ilə münaqişənin həlli üçün danışıqlara qoşulmaq istəyirsə, ölkədə seçkilər keçirilməlidir.

Olaylar.az xəbər verir ki, bu barədə o Floridadakı Mar-a-Laqo iqamətgahında yeni sərəncamlarını imzaladıqdan sonra jurnalistlərə açıqlamasında bildirib.

"Biz elə bir vəziyyətdəyik ki, Ukraynada seçkilər keçirilməyib, hərbi vəziyyət davam edir. Ölkənin lideri - bunu demək istəmirəm, amma onun reytinqi cəmi 4%-dir və ölkə yerlə-yeksan olub", - Tramp vurğulayıb.

O əlavə edib ki, Ukrayna danışıqlar masasında yer almaq istəyirsə, xalqın da mövqeyi nəzərə alınmalıdır:

"Ukrayna xalqı deməli deyilmi ki, 'Çoxdan bəri seçki keçirməmişik'?" - Tramp bildirib.

ABŞ prezidenti bu sözləri Rusiya hakimiyyətinin eyni mövqedə olması səbəbindən səsləndirmədiyini qeyd edib.

"Bu, təkcə mənim yox, bir çox ölkələrin mövqeyidir", - Tramp əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31