HƏMAS İsrailin şərtlərini rədd edib – ÖZƏL
19 Fevral 2025 11:33 DünyaFələstin hərəkatı HƏMAS İsrailin Qəzza zolağından çıxması və silahsızlaşdırılması tələblərini rədd edib.
Olaylar.az xəbər verir ki, bu barədə HƏMAS-ın sözçüsü Hazem Qassem Al Jazeera telekanalına açıqlamasında bildirib.
"İsrailin HƏMAS-ın Qəzzadan çıxarılması ilə bağlı şərti psixoloji müharibənin gülünc bir formasıdır. Müqavimətin Qəzzadan çıxarılması və ya silahsızlaşdırılması qəbuledilməzdir," - deyə Qassem vurğulayıb. Onun sözlərinə görə, Qəzzanın gələcəyi ilə bağlı istənilən qərar yalnız milli konsensus əsasında qəbul edilə bilər.
İsrailin xarici işlər naziri Gideon Sachr("39")ar isə bildirib ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra İsrail HƏMAS-ın Qəzzada qalmasına imkan verməyəcək. Diplomatın sözlərinə görə, İsrail eyni zamanda Qəzzanın tam silahsızlaşdırılmasını tələb edir.