Ermənistanda bəzi yollar çətin keçilən olub – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın Yol Departamenti bu gün səhər saatlarına olan vəziyyətlə bağlı məlumat yayıb. Bildirilir ki, Şirak bölgəsində qar yağır, Aşotsk yollarında və Orom-Artik-Alagyan yolunda çovğun müşahidə edilir. Bununla belə, dövlət əhəmiyyətli və respublika yolları açıqdır, qar təmizləmə və qum səpmə işləri aparılır.

Ölkənin sinoptikləri əvvəlcədən xəbərdarlıq ediblər ki, fevralın 19-u axşam saatlarından başlayaraq yağıntılar ölkə ərazisində fasilələrlə həftənin sonuna qədər davam edəcək. Xüsusilə fevralın 22-si və 23-də İrəvanda və bir sıra bölgələrdə yağıntılar intensiv olacaq. Dağlıq ərazilərdə çovğun və üfüqi görünüşün zəifləməsi gözlənilir. Demək olar ki, bütün yollarda buzlanma müşahidə ediləcək. Havanın temperaturu fevralın 20-22-də gecə və gündüz saatlarında tədricən 10-14 dərəcə aşağı düşəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31