Medvedev: Zelenski sülh prosesini pozmaq üçün istənilən təxribatı etməyə hazırdır– ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski münaqişənin həllini əngəlləmək və müharibəni davam etdirmək üçün hər cür təxribata əl ata bilər.

Medvedevin sözlərinə görə, Zelenski hətta Ukrayna şəhərlərini və dinc əhalini hədəfə almağa, eləcə də kütləvi qırğın silahlarından istifadə etməyə hazırdır.

O əlavə edib ki, ABŞ prezidenti Donald Tramp hazırda Zelenskidən mənimsənilən pullar barədə hesabat tələb edir və açıq şəkildə onu münaqişənin alovlanmasına görə məsuliyyət daşımaqda ittiham edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31