Tramp Rusiya üzərində bir oyun oynamaq fikrindədir- ÖZƏL

"ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsini bitirməkdə qərarlıdır. Belə ki, ABŞ və Rusiya liderləri artıq danışıqlara başlayıblar". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə Partiyası sədrinin müavini Rafiq Daşdəmirli deyib: "Hər kəsə maraqlıdır ki, bu danışıqların sonu nə ilə bitəcək. Əvvəla onu deyim ki, Tramp və Putin danışıqları Avropasız ikitərəfli aparmaq istəyirlər. Amma inandırıcı görünmür ki, Avropanı Tramp göz önünə alaraq Ukraniya torpaqlarını güzəştə gedə bilsin. Tramp Rusiya üzərində bir oyun oynamaq fikrindədir. Bu oyunun sonu Trampın qələbəsinə hesablanıb. Burda məqsəd Rusiyanı Çindən ayırmaq və yeni sanksiyalarla hər ikisini çökdürmək olacaq. Tramp Putini razı salmaq üçün Ukrayna ərazilərini güzəştə getməlidir. Bu mümkündürmü, inandırıcı görünmür. Ərazi itkisi hesabına əldə ediləcək sülh beynəlxalq hüququn pozulması deməkdir. Əgər belə olacaqdırsa, onda bu boyda qırğınlar kimə lazım idi? Ən yaxşı halda Tramp indiki status kvotanı saxlamaqla atəşkəsə nail olacaq. Onun dərdi Ukraniyadan daha çox Çindir. Rusiya ilə yaxınlaşmaqla Çini hədəf seçməkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31