Çin: Qəzza məsələsi Ukrayna böhranı fonunda unudulmamalıdır – ÖZƏL

Beynəlxalq ictimaiyyət Ukrayna böhranının həlli cəhdləri fonunda Qəzza zolağına da diqqət yetirməlidir. 

Olaylar.az xəbər verir ki, bunu Çin XİN başçısı Vanq Yi BMT Təhlükəsizlik Şurasının multilateralizmin tətbiqi və qlobal idarəetmə islahatlarına həsr olunmuş iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

"Hal-hazırda bütün tərəflər Ukrayna böhranı ilə maraqlanır, lakin Ukrayna məsələsi yeganə problem deyil. Dünyada diqqət tələb edən digər qaynar nöqtələr də var, o cümlədən Qəzzadakı münaqişə. Bu məsələ beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmamalıdır", - Vanq Yi vurğulayıb.

Çinin baş diplomatı həmçinin qeyd edib ki, "BMT-nin Fələstin və İsrailin yaradılması ilə bağlı qətnamə qəbul etməsindən 70 ildən çox vaxt keçsə də, qərarın yalnız bir hissəsi icra olunub". Onun sözlərinə görə, İsrail dövləti çoxdan qurulub, lakin fələstinlilərin hələ də öz dövləti yoxdur.

Xatırladaq ki, yanvarın 15-də İsrail və Fələstin hərəkatı HƏMAS Qəzzada saxlanılan girovların azad edilməsi və atəşkəs barədə razılığa gəlib. Razılaşma yanvarın 19-dan qüvvəyə minib və üç mərhələdən ibarətdir. Birinci - 42 günlük mərhələdə HƏMAS-ın 33 israilli girovu azad etməsi, əvəzində isə İsrail həbsxanalarından fələstinli məhbusların buraxılması nəzərdə tutulur. İndiyədək 19 girov İsrailə qaytarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31