Kalaşnikov KUB-SM sınaqlarını 2025-ci ilin sonuna qədər tamamlayacaq - ÖZƏL

"KUB-SM" idarəolunan sursatlarla kəşfiyyat-zərbə kompleksinin sınaqları 2025-ci ilin sonunadək başa çatacaq. 

Olaylar.az xəbər verir ki, bu barədə TASS-a Kalaşnikov konserninin baş direktoru Alan Luşnikov məlumat verib .

"2025-ci ilin sonunadək məhsulun prototiplərinin istehsalı və sınaqlarının keçirilməsi planlaşdırılır", - deyə direktor bildirib.

Şirkət rəhbəri xatırladıb ki, kompleksə nəqliyyat və buraxılış konteynerlərində idarə olunan döyüş sursatları və buraxılış qurğusundan bir-birinin ardınca buraxılan pilotsuz uçuş aparatı əsasında kəşfiyyat relesi daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31