Zelenski Atatürkün məzarını ziyarət etdi - VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfəri çərçivəsində ilk olaraq Anıtkabiri ziyarət edib.

Kreml Zelenski ilə bağlı məlumat yaydı

 Olaylar.az xəbər verir ki, o, həyat yoldaşı ilə birlikdə Mustafa Kamal Atatürkün məzarını ziyarət edərək, Anıtkabir xatirə dəftərinə ürək sözlərini yazıb.
Zelenski sosial media hesabında bu barədə paylaşım edərək, Türkiyənin ilk prezidenti Atatürkün xatirəsini ehtiramla yad etdiyini bildirib. 
Daha sonra Ukrayna lideri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31