Rusiya: Ukraynanın NATO-ya üzvlüyü qəbuledilməzdir – ÖZƏL

Rusiya Ukraynanın Şimali Atlantika Alyansına (NATO) üzvlüyünün qəbuledilməz olduğunu vurğulayır. 

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

"Ukraynanın NATO-ya üzvlüyü bizim üçün qəbuledilməzdir. Bu təhlükəsizliyimiz üçün ciddi təhdidlər yaradır və bütün Avropa üçün fəlakətli nəticələrə səbəb olacaq," - deyə diplomat qeyd edib.

Zaxarova həmçinin vurğulayıb ki, Kiyevin NATO-ya qəbulundan imtina etmək kifayət deyil:

"Alyans 2008-ci ildə verilmiş Buxarest vədlərini ləğv etməlidir. O zaman Ukraynaya gələcəkdə NATO-ya üzv olacağına dair zəmanət verilmişdi. Əks halda, bu problem Avropa qitəsindəki atmosferi gərginləşdirməyə davam edəcək."

O həmçinin Rusiya Prezidenti Vladimir Putinin Ukrayna böhranının həlli ilə bağlı konseptual mövqeyini açıq şəkildə ifadə etdiyini xatırladıb:

"Rusiyanın dövlət başçısının 2024-cü ilin iyun ayında Xarici İşlər Nazirliyində etdiyi çıxışı bir daha oxumağı tövsiyə edirəm. Xatırladım ki, Ukraynanın neytral, bloklara qoşulmayan və qeyri-nüvə statusu onun 1990-cı il dövlət suverenliyi bəyannaməsində əksini tapıb," - deyə Zaxarova bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31