Çin Rusiya-ABŞ danışıqlarını alqışlayır – ÖZƏL

Çin Ukraynada sülhün bərqərar olunmasına yönəlmiş bütün səyləri, o cümlədən Rusiya və ABŞ arasında aparılan danışıqları dəstəkləyir. 

Olaylar.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Ciakun açıqlama verib.

"Çin Ukraynada sülhün təmin edilməsinə yönəlmiş istənilən səyi, o cümlədən Rusiya və ABŞ arasında razılaşdırılmış sülh danışıqlarını alqışlayır," - diplomat bildirib.

O danışıqlarda digər maraqlı tərəflərin də vaxtında iştirak edəcəyinə ümid etdiyini vurğulayıb.

Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar fevralın 18-də Ər-Riyadda başlayıb. Rusiya tərəfdən xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev iştirak edir. ABŞ nümayəndə heyətinə isə dövlət katibi Marko Rubio, milli təhlükəsizlik müşaviri Mayk Volts və Yaxın Şərq üzrə xüsusi nümayəndə Stefan Vitkoff daxildir.

Fevralın 17-də Lavrov Rusiya və ABŞ prezidentlərinin dialoqun bərpasının və Ukrayna məsələsinin müzakirə olunmasının vacibliyi barədə razılığa gəldiklərini açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31