Ayın bazaltları 3,5 milyard illik sirri açdı– ÖZƏL
18 Fevral 2025 12:53 DünyaOlaylar.az xəbər verir ki, 1960-70-ci illərdə "Apollon" missiyası tərəfindən gətirilən Ay bazaltlarının tərkibində yüksək miqdarda titan aşkar olunmuşdu. Yeni tədqiqatlar bu bazaltların Ayın mantiyasındakı ərimiş və bərk fazaların qarşılıqlı təsiri nəticəsində formalaşdığını göstərir. Bu kəşf Ayın 3,5 milyard il əvvəlki geoloji fəaliyyətini başa düşməyə kömək edir.
2020-ci ildə Çin missiyası Chang'e 5 tərəfindən gətirilən bazaltların yaşı 2 milyard il olduğu aşkar edilib, bu da Ayda vulkanizmin daha uzun müddət davam etdiyini göstərir. "Apollon-16" missiyasının 1972-ci ildəki nümunələri isə Ayın səthinə Günəş küləyinin və asteroid toqquşmalarının təsirini araşdırmağa imkan verib. Bu tədqiqatlar Ayın və digər planetlərin geoloji inkişafını daha yaxşı anlamağa şərait yaradır.