Lavrov: Rusiya ABŞ-la danışıqlarda ilk növbədə qarşı tərəfi dinləyəcək– ÖZƏL
18 Fevral 2025 12:41 DünyaOlaylar.az xəbər verir ki, Rusiya və ABŞ arasında Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində başlanan danışıqlar dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Görüşün əsas mövzusu Ukrayna münaqişəsi olsa da, iqtisadi əməkdaşlıq da gündəmdədir.
Rusiya tərəfini XİN rəhbəri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev təmsil edir. Lavrov bildirib ki, Rusiya ilk növbədə ABŞ-ın mövqeyini dinləyəcək və sonra qərarlar qəbul olunacaq.
Dmitriyev qeyd edib ki, ABŞ şirkətləri Rusiyadan çıxmaqla 300 milyard dollardan çox itirib və iqtisadi əməkdaşlıq hər iki tərəf üçün vacibdir. O, dialoqun davam edəcəyinə ümid etdiyini vurğulayıb.
ABŞ tərəfdən görüşdə dövlət katibi Marko Rubio, milli təhlükəsizlik üzrə müşavir Mayk Uoltz və Rusiya üzrə xüsusi nümayəndə Stiv Uitkoff iştirak edir. Rubio bildirib ki, bir görüşlə problemi həll etmək mümkün deyil, lakin danışıqlar mühüm ilk addımdır. Uoltz isə Ukraynaya təhlükəsizlik zəmanətinin Avropanın öhdəliyində olduğunu vurğulayıb.