Papperger: Avropa Ukrayna müzakirələrində kənarda qalıb– ÖZƏL

Olaylar.az xəbər verir ki, Almaniyanın Rheinmetall müdafiə konserninin rəhbəri Armin Papperger Avropanın Ukrayna ilə bağlı danışıqlarda kənarda qaldığını bildirib. Onun sözlərinə görə, bu vəziyyət illərlə müdafiə sahəsinə yetərli maliyyə ayırmamağın nəticəsidir.

"Əgər sərmayə qoymursunuzsa və güclü deyilsinizsə, sizinlə uşaq kimi davranırlar", - deyə Papperger Financial Times-a müsahibəsində qeyd edib. O bildirib ki, ABŞ və Rusiya əsas müzakirələri apardığı halda, Avropa "uşaq masasına" oturdulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31