Medvedev: Ukrayna neft stansiyasına hücum edərək ABŞ-nin maraqlarına ziyan vurdu– ÖZƏL
18 Fevral 2025 10:38 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna Silahlı Qüvvələrinin Krasnodar diyarındakı Kaspiy Boru Kəməri Konsorsiumuna məxsus neft stansiyasına hücumunu ABŞ-nin maraqlarına zidd adlandırıb.
Onun sözlərinə görə, hücuma məruz qalan obyekt beynəlxalq hüquq çərçivəsində Rusiyaya deyil, müxtəlif, o cümlədən Amerika və Avropa şirkətlərinə məxsusdur. Medvedev bildirib ki, Kiyev ABŞ-dən asılı olduğu halda, qəsdən amerikalı şirkətlərin aktivlərinə zərər vurub.
Qeyd edək ki, Ukrayna ordusu "Kropotkinskaya" neft stansiyasına yeddi pilotsuz uçuş aparatı ilə hücum edib. Hadisə nəticəsində xəsarət alan olmayıb, obyektə dəyən ziyanın qiymətləndirilməsi aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31