ABŞ “Əl-Qaidə” başçılarından birini zərərsizləşdirib – Tramp
18 Fevral 2025 10:28 DünyaABŞ prezidenti Donald Tramp Amerika silahlı qüvvələrinin Suriyaya "Əl-Qaidə" terrorçu qruplaşmasının başçılarından birinə hədəflənmiş yüksək dəqiqlikli aviazərbə endirdiklərini və həmin başçının zərərsizləşdirildiyini bəyan edib.
Olaylar.az xəbər verir ki, bu haqda o, "Truth Social" platformasındakı hesabında yazıb.
Trampın sözlərinə görə, zərərsizləşdirilmiş terrorçu bütün region üzrə "ƏL-Qaidə" üzvləri ilə qarşılıqlı əlaqədə olub.
Prezident, eyni zamanda, ABŞ Hərbi Hava Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurillanı və hərbi pilotları əməliyyatın uğurlu keçməsi münasibətilə təbrik edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31