Geomaqnit qasırğası olacaq
17 Fevral 2025 17:02 DünyaFevralın 18-də maqnit qasırğası olacaq.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiyanın Kosmik Tədqiqatlar İnstitutunun və Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəsmi saytında dərc olunan məlumatda deyilir.
Qurumun ehtimalına görə, fevralın 18-ə geomagnit narahatlıq ehtimalı 40%, maqnit qasırğası ehtimalı isə 17% təşkil edir.
Alimlərin hesablamalarına görə, geomaqnit aktivliyin ən yüksək həddi Bakı vaxtı ilə 07:00 - 13.00 radələrinə təsadüf edəcək.
Peyk rabitəsində və elektrik xəttlərinin işində pozuntular yarana bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31