Aİ Ukrayna ilə bağlı danışıqlarda Avropanın vacibliyini bəyan edib - ÖZƏL
17 Fevral 2025 14:49 DünyaAvropa Ukraynadakı münaqişənin həlli üçün danışıqlarda iştirak etməlidir , çünki Avropa ölkələri yeni təhlükəsizlik arxitekturasının qurulmasında əsas aktorlara çevrilməlidir.
Olaylar.az xəbər verir ki, bu fikri Avropa Şurasının prezidenti Antonio Kosta deyib.
"Əgər ABŞ Prezidenti Donald Tramp həqiqətən də Avropanın öz müdafiəsi üçün daha çox məsuliyyət daşımasını istəyirsə, təbii ki, Avropa ölkələri regionda yeni təhlükəsizlik arxitekturasının inkişafında əsas oyunçulara çevrilməlidir. Və biz təkcə Ukraynadan danışmırıq", - deyə siyasətçi qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31