ABŞ Ukraynaya qeyri-Avropa sülhməramlılarını göndərməyi təklif edir– ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ rəsmiləri Ukraynada mümkün atəşkəsdən sonra sülhməramlı qüvvələrin yalnız Avropadan deyil, digər ölkələrdən də göndərilməsini təklif ediblər. The Economist yazır ki, bu qüvvələr arasında Çin və Braziliya hərbçiləri də ola bilər.

Plana əsasən, sülhməramlılar atəşkəs xətti boyunca yerləşdirilərək buffer zona yaradacaqlar. ABŞ-nin vitse-prezidenti Cey Di Vens Avropa rəsmilərinə bildirib ki, yalnız Avropa ölkələrindən ibarət qüvvələr daha az effektiv ola bilər.

Bundan əvvəl Financial Times Avropa liderlərinin Parisdə Ukraynada hərbi kontingentin yerləşdirilməsini müzakirə edəcəyini bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31