Macarıstan XİN rəhbəri: "Paris sammiti Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə qarşıdır" – ÖZƏL
17 Fevral 2025 12:49 DünyaMacarıstanın xarici işlər naziri Peter Siyyarto bəyan edib ki, fevralın 17-də Parisdə keçiriləcək Avropa fövqəladə sammitinin iştirakçıları Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə mane olmaq üçün hər şeyi edəcəklər.
Olaylar.az xəbər verir ki, o bu fikirləri Qazaxıstana səfəri zamanı səsləndirib.
"Bu gün Parisdə son üç ildə Ukraynadakı müharibənin alovunu daha da körükləyən ölkələrin görüşü keçiriləcək. Bu ölkələr müharibə tərəfdarıdır, Avropada yanlış sanksiya strategiyasını dəstəkləyiblər və münaqişəni davamlı olaraq gərginləşdiriblər. Bu gün Parisdə müharibəni dəstəkləyən tərəflər toplaşır və onlar sülhə, eləcə də (ABŞ prezidenti Donald) Trampa qarşı çıxırlar. Onlar Ukrayna münaqişəsinin sülh yolu ilə həll olunmasına hər vəchlə mane olmağa çalışırlar," - deyə Macarıstanın xarici işlər və xarici ticarət naziri Qazaxıstanın baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleu ilə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.