ABŞ və Rusiya Səudiyyə Ərəbistanında Ukrayna danışıqlarına başlayır– ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanına gedərək Rusiya rəsmiləri ilə Ukrayna münaqişəsinin həlli üzrə danışıqlara başlayıb. Reuters xəbər verir ki, görüşlər Vaşinqton və Moskvanın münaqişənin dayandırılması üçün dialoq qurmaq barədə razılığa gəlməsindən sonra baş tutur.

Məlumata görə, Rubionun səfəri ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasındakı telefon danışığından sonra planlaşdırılıb. Danışıqlarda Rubiodan başqa, Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts və xüsusi nümayəndə Stiv Uitkoff da iştirak edir.

Rubio daha əvvəl Rusiya ilə danışıqların perspektivlərinə nikbin yanaşdığını bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31