Çin Ukraynanı Rusiya və ABŞ üçün "yem" adlandırır - ÖZƏL
17 Fevral 2025 12:07 DünyaMünhen Təhlükəsizlik Konfransı və onun məruzəçilərinin çıxışları göstərdi ki, Ukrayna danışıqlarda Rusiya və ABŞ- ın "menyusunda" yeməyə çevrilib , Avropa isə sadəcə olaraq "masa"ya dəvət olunmayıb.
Olaylar.az xəbər verir ki , bunu Çinin Renmin Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Van Yivey deyib .
"Konfransda çıxış edənləri dinlədikdən sonra məndə belə bir təəssürat yarandı ki, avropalılar istədikləri qədər qəzəbli ola bilərlər, lakin onlar açıq şəkildə danışmağa cəsarət etməyəcəklər. Hiss olunur ki, Ukrayna menyudadır, amma Avropa masa arxasında deyil", - politoloq bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31