ABŞ-də sosial müavinət alan çoxlu "vampirlər" yaşayır - İlon Mask
17 Fevral 2025 11:51 DünyaABŞ-də sosial müavinət alan çoxlu "vampirlər" yaşayırlar.
Olaylar.az xəbər verir ki, bu haqda ABŞ-nin Hökumət Səmərəliliyi İdarəsinin (DOGE) rəhbəri, milyarder İlon Mask "X" platformasında yazı paylaşıb.
Bununla o, sosial müavinət alan amerikalıların yaş məlumatlarından ibarət cədvəli kinayəli şəkildə şərh edib.
Siyahıda 120-249 yaşlarında bir neçə milyon insanla yanaşı, 360-369 yaş qrupuna aid bir "uzunömürlü" insan da yer alır.
"Sosial təminat məlumat bazasına görə, bu ölüm qrafasında imza olan hər bir yaş qrupunda olan insanların sayını əks etdirir. Ola bilsin, "Alatoranlıq" (filmi) gerçəkdir və burada sosial müavinət alan çoxlu vampirlər yaşayırlar", - deyə o yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31