Aİ ABŞ məhsullarına qadağa qoya bilər– ÖZƏL
17 Fevral 2025 11:48 DünyaOlaylar.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) ABŞ-dən gətirilən bəzi kənd təsərrüfatı məhsullarına qadağa tətbiq etməyi nəzərdən keçirir. Financial Times xəbər verir ki, bu addım Aİ fermerlərini Vaşinqtonun ticarət siyasətinin təsirlərindən qorumaq məqsədi daşıyır.
Məlumata görə, qadağa siyahısına ilk növbədə ABŞ-də qadağan olunmuş pestisidlərdən istifadə edilərək yetişdirilən soya paxlası daxil edilə bilər. Bundan əlavə, Avropa Komissiyası heyvanların qorunması ilə bağlı tələbləri sərtləşdirməyi planlaşdırır ki, bu da fermerlərin xərclərini artıracaq.
Aİ-nin qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Varheyi bildirib ki, müxtəlif Aİ ölkələrindən xaricdən gətirilən məhsullara məhdudiyyət qoyulması ilə bağlı konkret tələblər daxil olub.
Bu qərar Avropa və Amerika arasında ticarət münasibətlərində yeni gərginliyə səbəb ola bilər.