Armavir Prokurorluğu 2024-cü ilin yekunlarını elan etdi – ÖZƏL
17 Fevral 2025 11:39 DünyaErmənistan Respublikasının baş prokuroru Anna Vardapetyanın rəhbərliyi ilə 14 fevral 2025-ci il tarixində Armavir vilayəti prokurorluğunun 2024-cü ildəki fəaliyyətinin yekunları müzakirə edilib.
Olaylar.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, vilayətin prokuroru Vaan Sarkisyan hesabat təqdim edərək, 2024-cü ildə prokurorluq tərəfindən məhkəməyə göndərilən cinayət işləri barədə danışıb. Onun sözlərinə görə, ötən il ərzində Armavir vilayəti prokurorları 1307 cinayət işini ittiham aktı ilə məhkəməyə göndərib. Müqayisə üçün, 2023-cü ildə bu rəqəm 435 olub. "Yəni 2024-cü ildə 872 cinayət işi və ya 200% daha çox iş məhkəməyə göndərilib", - deyə Sarkisyan bildirib.
Bundan əlavə, 2024-cü ildə Armavir məhkəmələrində 946 cinayət işi yekunlaşıb. 2023-cü ildə bu göstərici 320 olub. Hesabat ilində tamamlanan işlərdən 943-ü üzrə 994 şəxsə qarşı ittiham hökmü çıxarılıb.
Həmçinin, 2024-cü ildə vilayət prokurorluğu dövlət və ictimai maraqların qorunması məqsədilə 4 mülki və 2 inzibati iddia qaldırıb. Hazırda bu iddialara baxılır. İlin yekunlarına görə, başa çatmış və davam edən cinayət işləri üzrə ümumilikdə təxminən 420 milyon dram həcmində ziyan ödənilib.