Zaxarova Münhen Təhlükəsizlik Konfransının rəhbərinə cavab verdi– ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Münhen Təhlükəsizlik Konfransının rəhbəri Kristof Xoysgenin "Rusiyanı sakitləşdirmək siyasətinin 1930-cu illərdə nəticə vermədiyi" barədə bəyanatına cavab verib.

Zaxarova Xoysgeni tarixi faktları təhrif etməkdə ittiham edərək, 1938-ci il Münhen Sazişini xatırladıb. O bildirib ki, həmin vaxt Böyük Britaniya, Fransa, İtaliya və Almaniya Çexoslovakiyanın Sudet vilayətini Berlinə təhvil vermək barədə qərar qəbul etmişdi.

"Konfrans psixiatriya xəstəxanasında səhər tədbirinə bənzəyirdi"

Zaxarova həmçinin konfransın gedişatını tənqid edərək, Xoysgenin çıxışında emosional davrandığını və hətta göz yaşlarına boğulduğunu vurğulayıb. O, konfransı "psixiatriya xəstəxanasında səhər tədbiri" adlandırıb və Xoysgenin reaksiyasının nədən qaynaqlandığını sorğulayıb.

Bundan əvvəl Zaxarova Estoniyanın xarici işlər naziri Marqus Tsaxknanın "Avropa Putini danışıqlarda küncə sıxışdırmalıdır" bəyanatına cavab olaraq, Rusiyanın manevr üçün geniş imkanlara sahib olduğunu bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31