16 yaşlı qızın Ərdoğan sevgisi heyrətləndirdi - Alnına... - VİDEO

16 yaşlı qız Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana olan sevgisini qeyri-adi bir şəkildə ifadə edib.

Olaylar.az haberler-ə istinadla xəbər verir ki,  o, alnına Ərdoğanın gözlərinin döyməsini etdirib.

Döymənin altında prezidentin tam adı - "Rəcəb Tayyib Ərdoğan" yazılıb. Bu görüntü sosial mediada geniş müzakirələrə səbəb olub və trend mövzuya çevrilib.

İstifadəçilər arasında fərqli reaksiyalar var: bəziləri bunu sadiqliyin və hörmətin bir nümunəsi kimi qiymətləndirir, digərləri isə bu hərəkəti tənqid edərək, həddindən artıq tapırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31