Putin SSRİ-ni yeni formatda qurmaq planını reallaşdırmaq istəyir- ÖZƏL
17 Fevral 2025 10:05 Dünya"ABŞ prezidenti D. Tramp və Rusiya dövlət başçısı V. Putinin ortaq mövqeyi və birləşdirən cəhəti hər ikisinin qüvvədə olan mövcud beynəlxalq hüququ tanımamasıdır. Demək olar ki, hər iki lider güc amilinə üstünlük verməklə təzyiq amilini rəhbər tutur". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib: " Buna bariz nümunə ötən gün jurnalistin D.Trampa "beynəlxalq hüquqa inanırsız?"- sualına D. Tramp:"ABŞ-ın gücünə və ordusuna inanıram"- deməsidir. D. Tramp beynəlxalq hüququ tanımamaqla, siyasi nizamı demontaj etmək siyasəti həyata keçirməyə çalışır. Halbuki, ABŞ beynəlxalq hüququ qoruyan beynəlxalq jandarm kimi çıxış edirdi. D.Tramp bununla da ABŞ oturuşmuş strategiyasını dəyişməyə cəhd edir.
Ukraynaya qarşı hərbi müdaxiləni reallaşdırmaqla V. Putin xiffətini çəkdiyi SSRİ-ni yeni formatda qurmaq planını reallaşdırmaq istəyir. Hakimiyyətə gəldiyi ilk günlərdən SSRİ süqutunu "əsrin faciəsi"-adlandıran V. Putin qonşu ölkələrin ərazi bütövlüyünü və suverenliyinə əhəmiyyətsiz yanaşacağı mesajını verdi. Vaxtı ilə Ukraynanı V. Lenin yaratdığını, Qazaxıstan adında bir dövlət olmadığını deyən Rusiya prezidenti öz işğalçı siyasətini və planlarını elan etmiş oldu. Beynəlxalq siyasi münasibətlərin təhdid olunduğu bir nizamda ABŞ Rusiyadan fərqli olaraq bir şəxs tərəfindən idarə olunmur. ABŞ-da oturuşmuş və müstəqil hakimiyyətin qolları var. Həmçinin ayrı-ayrı dövlət institutlarına malikdir. Ona görə də Vaşinqtonun oturuşmuş siyasi sistemi D. Trampın V. Putinə güzəştə getməsinə dözümlü yanaşa bilməz. Əgər, ABŞ prezidenti V. Putinə Ukraynanı güzəştə gedərsə, bu ilin 9 mayında "nasistlər " üzərində "qələbə" paradı keçirə bilər. Və sabah yeni "nasistlər" Polşada, Moldovada və Pribaltika ölkələrində peyda olaraq Kremlin müdaxiləsinə zəmin yarada bilər".