“Ukrayna ordusunda təcrübəsiz zabitlər hökmranlıq edir”– ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin (USQ) veteranı, keçmiş baş serjant Valeriy Markuç, ordu rəhbərliyini tənqid edərək, USQ-də artıq normal döyüş zabitlərinin qalmadığını bildirib. O, zabitlərin çoxunun lazımi təcrübəyə və hazırlığa malik olmadığını, amma əlaqələri və maliyyə imkanları ilə yüksək vəzifələrə gətirildiklərini vurğulayıb. Markuç, belə "zabitlərin" döyüş təcrübəsizliyinə baxmayaraq, böyük əsgər heyətinə rəhbərlik etdiyini və bu vəziyyətin böyük itkilərə səbəb olduğunu qeyd edib.

O, həmçinin orduda motivasiyanın olmadığını, çünki peşəkar mütəxəssislərin, məsələn, IT mütəxəssislərinin döyüşə göndərildiyini və bu insanların hərbi hazırlıq olmadan ön cəbhəyə göndərildiyini bildirib. Bu vəziyyətin ordunun içindəki problemləri artırdığını söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31