Marçenko: Volqoqradda evlər dron hücumundan sonra yoxlanılır– ÖZƏL
15 Fevral 2025 12:52 DünyaOlaylar.az xəbər verir ki, Volqoqrad meri Aleksandr Marçenko bildirib ki, şəhərdə Ukrayna PUA-larının hücumundan sonra binaların vəziyyəti yoxlanılır.
Onun sözlərinə görə, dron qalıqlarının düşdüyü binada ciddi ziyan aşkarlanmayıb, yalnız şüşələr və antenaya zərər dəyib. O, bütün zədələrin tez bir zamanda aradan qaldırılacağını bildirib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Volqoqrad vilayətində 17 Ukrayna dronunun vurulduğunu açıqlamışdı. Hücum nəticəsində bir nəfərin xəsarət aldığı və sənaye zonasının birində yanğın baş verdiyi bildirilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31