Zelenski NATO baş katibi ilə artilleriya məsələsini müzakirə edib– ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Münhen Təhlükəsizlik Konfransı çərçivəsində NATO baş katibi Mark Rütte ilə görüşüb.

RIA Novosti-nin məlumatına görə, əsas müzakirə mövzusu Ukraynanın artilleriya ehtiyacları olub. Tərəflər həmçinin NATO ölkələri ilə koordinasiyanı və münaqişənin həlli üçün vahid mövqenin formalaşdırılmasını müzakirə ediblər. Zelenski Ukrayna üçün "etibarlı təhlükəsizlik zəmanətlərinin" vacib olduğunu vurğulayıb.

Münhen Təhlükəsizlik Konfransı 14-16 fevral tarixlərində keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31