Obama eşq iddialarına belə cavab VERDİ

Son günlər Barak Obama ilə məşhur aktrisa Cennifer Eniston arasında münasibət olduğu barədə iddialar yayılıb. 

Olaylar.az xarici mediaya istinadla xəbər verir ki, Obama bu söz-söhbətlərə həyat yoldaşı Mişel Obama ilə birlikdə çəkilmiş romantik bir foto paylaşaraq cavab verib.

O, paylaşımına "Otuz iki il birlikdəyik və sən hələ də nəfəsimi kəsirsən. Sevgililər günün mübarək" şərhini yazıb.

Qeyd edək ki, ötən ilin avqustunda "InTouch" jurnalı Cennifer Eniston və Barak Obamanın guya münasibətdə olduğunu, hətta Mişel Obamanın bu səbəbdən boşanmaq qərarı verdiyini iddia etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31