Medvedçuk: Zelenskini məhkəmə gözləyir– ÖZƏL

Olaylar.az xəbər verir ki, "Digər Ukrayna" hərəkatının rəhbəri Viktor Medvedçuk hesab edir ki, hakimiyyət dəyişikliyi baş verərsə, Vladimir Zelenski məhkəmə qarşısına çıxacaq.

O, TASS-a müsahibəsində bildirib ki, hətta ən Qərbyönlü varis belə onu mühakimə etməyə məcbur olacaq. Medvedçukun fikrincə, Zelenskinin komandası bunu önləmək üçün siyasi sahədə təmizləmə aparır ki, bu da Ukraynanın idarəetmə sistemini çökdürə bilər.

Bundan əvvəl o, Zelenskinin Rusiya ilə sülh sazişi imzalamaq üçün legitimliyinin olmadığını iddia etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31