Rusiyada 5,7 bal gücündə zəlzələ baş verib
10:49 DünyaRusiyanın Altay Respublikasında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Olaylar.az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Qoş-Ağaç kəndindən 27 km cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 5 km dərinlikdə olub.
Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Altay diyarı üzrə Baş İdarəsi bildirib ki, bölgədə 6,4 bal gücündə seysmik hadisə qeydə alınıb. Yeraltı təkanlar rayonun şərq hissəsində hiss olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31