Zaxarova: Günahkarlar cəzalandırılacaq– ÖZƏL
10:46 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova beynəlxalq ictimaiyyəti və təşkilatları Ukraynanın Birinci Kanalın çəkiliş qrupuna hücumunu pisləməyə çağırıb. O bildirib ki, bu cür hücumlar Kiyevin terror metodları ilə fərqli fikirləri susdurmaq siyasətinin tərkib hissəsidir.
Zaxarova vurğulayıb ki, beynəlxalq təşkilatların susqunluğu bu cinayətləri təşviq etmək kimi qiymətləndiriləcək. O, jurnalistlərə hücumun 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması olduğunu xatırladıb.
Hadisə nəticəsində Birinci Kanalın operatoru Yuri Şolmov yaralanıb və vəziyyəti stabil olaraq qiymətləndirilir. Rusiya İstintaq Komitəsi baş verənlərə görə cinayət işi açıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31