HƏMAS rusiyalı girovu buraxacağını elan etdi – ÖZƏL
14 Fevral 2025 16:35 DünyaHƏMAS fevralın 15-də Rusiyanın Fələstinə dəstəyinə görə rusiyalı Aleksandr Trufanovu Qəzzadan azad edəcəyini açıqlayıb.
Olaylar.az xəbər verir ki, bu barədə TASS-a açıqlamasında təşkilatın sözçüsü Tahir əl-Nunu bildirib:
"Biz hesab edirik ki, Rusiyanın mövqeyi fələstinlilərin mənafeyini dəstəkləyir."
O əlavə edib ki, Trufanovun azad edilməsi Moskvanın Fələstinə olan mövqeyinə hörmət əlaməti olaraq həyata keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31