Rusiya hava limanında təyyarə uçuş-enmə zolağından çıxıb - ÖZƏL
14 Fevral 2025 15:29 DünyaPerm şəhərinin Bolşoy Savino hava limanında dövlət aviasiyasına məxsus təyyarə uçuş-enmə zolağından çıxıb .
Olaylar.az xəbər verir ki, bu barədə TASS hava limanının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Hadisənin cümə günü, fevralın 14-də baş verdiyi bildirilir. Bu səbəbdən Rusiya şəhərinin hava limanı təyyarələrin qəbulu və buraxılışı üçün müvəqqəti bağlanıb. "Aviatorschina" Telegram kanalının məlumatına görə , Perm şəhərinə gedən iki reys Yekaterinburq və İjevskdəki alternativ aerodromlara dəyişdirilib .
Bundan əvvəl UTair Hava Yollarına məxsus An-24 təyyarəsi Qıdan yarımadasına enərkən uçuş-enmə zolağından çıxıb . Sərnişinlər xəsarət almayıb, təyyarə yedəyə alınaraq dayanacağa aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31