Qazaxıstana uçan təyyarə Türkiyədə məcburi eniş edib
14 Fevral 2025 14:45 DünyaAntalya-Astana reysi ilə uçan sərnişin təyyarəsi Türkiyənin Ərzurum şəhərinə məcburi eniş edib.
Olaylar.az xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.
Məlumata görə, təcili enişə səbəb təyyarə havada olarkən göyərtədə Ukrayna və Qazaxıstandan olan turistlər arasında düşən dava olub.
Ukraynadan olan cütlük ilə qazaxıstanlı qadınlar arasında düşən davanı təyyarə bələdçiləri belə ayıra bilmədiyindən pilotlar ən yaxındakı aeroporta eniş etməyi məqsədəuyğun biliblər.
Təyyarənin Ərzurumda məcburi eniş etməsindən sonra mübahisədə iştirak edən 4 nəfər polis tərəfindən saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31