Ukraynanın NATO-ya üzv ola biləcəyi mümkün vaxt açıqlandı – ÖZƏL
14 Fevral 2025 14:34 Dünya"Ukraynanın NATO-ya daxil olması nəzəri cəhətdən 25 ildən sonra mümkün olsa da, hazırda mümkün deyil".
Olaylar.az xəbər verir ki, bu fikri ABŞ-nin müdafiə naziri Pit Heqset "Breitbart News" portalına müsahibəsində bildirib.
"Ukraynanın NATO-ya üzvlüyü çətin ki, düşdüyümüz vəziyyətin reallıqları nəzərə alınmaqla mümkün olsun. Hazırda Ukraynanın NATO-ya daxil olması məsələsi "masada" deyil",-deyə nazir əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31