Lavrov serb həmkarı ilə danışıqlar aparacaq - ÖZƏL
14 Fevral 2025 14:13 DünyaRusiyanın xarici işlər naziri Sergey Lavrov serbiyalı həmkarı Marko Curiçlə danışıqlar aparacaq.
Olaylar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib .
"Fevralın 17-də Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri ilə onun həmkarı, Serbiya Respublikasının Xarici İşlər Naziri arasında danışıqlar aparılacaq", - diplomat bildirib.
Xüsusilə, Zaxarova göstərib ki, Lavrov və Curiç ikitərəfli gündəliyi, Balkan yarımadasındakı vəziyyəti, eləcə də Kosovo ətrafındakı vəziyyəti müzakirə edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31