Türkiyədə əməliyyat - 2 tona yaxın narkotik aşkarlandı

Türkiyədə Daxili İşlər Nazirliyi, Dövlət prokurorluğu və Narkotiklə bağlı Cinayətlərlə Mübarizə İdarəsi birgə əməliyyat keçirib.

Olaylar.az türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri sosial şəbəkə hesabında paylaşım edib.

Nazir ölkədə son üç həftə ərzində keçirilən əməliyyatlarda ümumilikdə 1806 kiloqram narkotik vasitə, o cümlədən 8 milyondon çox narkotik həblərin aşkar edildiyini bildirib. Nazirin sözlərinə görə, 2656 nəfər şübhəli şəxs qismində saxlanılıb:

"İrimiqyaslı əməliyyata ümumilikdə 3757 dəstə, 9392 şəxsi heyət, 40 təyyarə və ya helikopter, 75 xüsusi təlim keçmiş it cəlb olunub", - paylaşımda vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31