ABŞ və Rusiya arasında “şok edici” razılaşma ola bilər– ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Cey-Di Vens Rusiya ilə Ukrayna məsələsində gözlənilməz sazişin mümkün olduğunu bildirib. Əgər razılaşma əldə olunarsa, ABŞ Moskva ilə münasibətləri yenidən nəzərdən keçirəcək. Əks halda, yeni sanksiyalar və Kiyevə hərbi yardımın artırılması gündəmə gələ bilər.

Vens Trampın açıq danışıqlara hazır olduğunu vurğulayıb: "Tramp sadəcə deyəcək: 'Uşaqlar, gəlin danışaq'". Onun sözlərinə görə, ABŞ Moskvanı inandırmağa çalışacaq ki, Rusiya danışıqlardan daha çox şey qazana bilər.

Ekspertlər isə Vaşinqtonun sərt bəyanatlarını danışıqlar taktikasının bir hissəsi hesab edirlər. ABŞ və Rusiya nümayəndə heyətlərinin Münhendə ilk görüşü baş tuta bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31