ABŞ-ın vitse-prezidenti Şoltsla görüşdən imtina etdi– ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Cey-Di Vens Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya kansleri Olaf Şoltsla görüşməyəcək. Politico yazır ki, bu addım transatlantik gərginliyin artdığı bir dövrdə Şoltsa ciddi diplomatik etinasızlıq kimi qiymətləndirilir.

Keçmiş amerikalı rəsmilərdən biri anonim şəkildə bildirib ki, Vens heç vaxt bu görüşü planlaşdırmayıb və "Şoltsun kansler kimi uzun müddət vəzifədə qalmayacağı" fikrindədir. Alman rəsmilər isə bunu ölkəyə qarşı hörmətsizlik adlandırırlar.

Vens Münhendə prezident Frank-Valter Ştaynmayerlə, xarici işlər naziri Annalena Berbokla və nazir Volfqanq Şmidtlə görüşməyi planlaşdırır. Şərqi Avropadan olan yüksək rütbəli bir diplomat isə bu qərarı "ABŞ-nin Almaniyanı ciddi oyunçu kimi qəbul etmədiyini" göstərən bir siqnal kimi dəyərləndirib.

Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı 14-16 fevral tarixlərində keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31