Yaponiya XİN başçısı Rusiya ilə dialoqa açıq mesaj verdi– ÖZƏL
14 Fevral 2025 11:34 DünyaOlaylar.az xəbər verir ki, Yaponiya Xarici İşlər Naziri Takesi İvaya uzun müddətdən sonra ilk dəfə Rusiya ilə qarşılıqlı anlaşmanın vacibliyindən danışıb. O, Tokio-Moskva münasibətlərində ciddi problemlərin olduğunu vurğulasa da, Rusiyanın qonşu ölkə kimi nəzərdən keçirilməsinin zəruriliyini qeyd edib.
İvaya həmçinin ABŞ və Rusiyanın Ukrayna ilə bağlı dialoqunun əhəmiyyətini vurğulayıb və Yaponiya hökumətinin bu prosesləri diqqətlə izlədiyini bildirib. Tokio G7 və digər tərəfdaşlarla birlikdə "ədalətli və davamlı sülhə" nail olmağa çalışacağını bəyan edib.
Əvvəllər Yaponiya rəsmiləri Rusiya ilə problemləri sadalarkən çıxışlarını adətən "Rusiyanın Ukraynaya hücumu" ifadəsi ilə başlayırdılar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31