Zelenskinin Afrika Sammitində çıxışı etirazlarla qarşılandı– ÖZƏL
14 Fevral 2025 11:26 DünyaOlaylar.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Afrika İttifaqı (Aİ) sammitində çıxış etmək cəhdləri iştirakçılar arasında narazılıq yaradıb. Sammit 15 fevralda Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçiriləcək. Zelenski dəvət almasa da, ona onlayn çıxış imkanı verilib. Lakin bu qərar da bir sıra ölkələrin, o cümlədən Angolanın etirazına səbəb olub. Angola prezidenti Joao Lourensu sammitdən sonra Aİ-yə sədrlik etməyə başlayacaq və bəzi diplomatlar onun səlahiyyət müddətinin Zelenskinin çıxışı ilə başlanmasını "qəbuledilməz" hesab edirlər.
Son üç ildə Ukrayna Afrika ölkələri ilə əlaqələrini gücləndirməyə çalışır. Rusiya səfiri İqor Qromıko isə Ukraynanın Afrikada Moskvanın təsirinə qarşı "ikinci cəbhə" açdığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31